Amerikalı aktrisa Qlenn Hedli vəfat edib
10.06.2017 893 0.0 0

Məşhur amerikalı aktrisa Qlenn Hedli vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

Hedli Nyu-Londonda doğulub, uşaqlıq illərini Nyu-Yorkda keçirib. Məktəbi bitirdikdən sonra isə Çikaqoya köçüb.

O, nümayişlərdə 100 milyon dollardan çox gəlir gətirən "Cənab Hollandın əsəri" filmində, "Ümidsiz dələduzlar", "Dik Treysi", "Atası ilə bir bərabərdə", "Ölümcül fikirlər" kimi ekran əsərlərində rol alıb.

Aktrisa karyerasında iki dəfə "Emmi" mükafatına namizəd olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar