Amerikada kosmosa uçan raket partladı (VİDEO)
29.06.2015 613 0.0 0

“SpaceX” firmasına aid 2.4 ton yükü olan “Falcon9” yük raketi qalxdıqdan 2 dəqiqə sonra partlayıb.Məlumata görə partlayış, raket Florida əyalətindəki “Cape Canaveral” bazasından Bakı vaxtıyla saat 19.21-də havaya qalxarkən baş verib. Raketin Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən heyət üçün zəruri əşyalar apardığı bildirilir. Partlayışın uçuş vaxtı naməlum səbəbdən baş verdiyi, mövzu ilə əlaqədar daha sonra açıqlama veriləcəyi bildirilib. 

Xatırladaq ki, ötən il oktyabrın 29-da NASA-nın Vircinia əyalətinin Uollops (Wallops) adasındakı stansiyasından havaya qalxan raket havaya qalxdıqdan bir neçə saniyə sonra partlamışdı. Həmin raketin də beynəlxalq kosmik stansiyaya ərzaq və texniki vasitələr apardığı bildirilmişdi. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar