Almaniya və daha 4 dövlət NATO-nun sammitinin İstanbulda keçirilməsinə qarşı çıxıb
31.05.2017 954 0.0 0

 Almaniya, Fransa, Danimarka, Hollandiya və Kanada NATO-nun növbəti zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsi təklifinə qarşı çıxıb.

"Haber7"yə istinadən xəbər verilir ki, rəsmi Ankara bu təklifi alyansın mayın 24-25-də Brüsseldə keçirilən sammitində irəli sürüb.

“Der Spigel” qəzeti yazıb ki, iki ölkə arasındakı mövcud böhranlı vəziyyətə görə Almaniya bu təklifin əleyhinə olub. “Die Welt”in məlumatına görə, NATO-nun üzvü olan digər dövlətlər bu təklifi dəstəkləyiblər. 

Məlumata görə, yekun qərar təşkilata üzv dövlətlərin müdafiə nazirlərinin bu ilin iyununda Brüsseldə keçiriləcək toplantısında qəbul olunacaq.

Qeyd edək ki, NATO-nun 29 üzvü var. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar