Almaniya səfiri yenidən Türkiyə XİN-ə çağırılıb
18.09.2017 535 0.0 0

Almaniyanın Ankaradakı səfiri Martin Erdmann sentyabrın 18-də yenidən Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, bu barədə Almaniyanın “Spiegel Online” saytı məlumat yayıb.

Məlumata görə, Almaniyanın Köln şəhərində terrorçu PKK qruplaşmasının bu ölkədəki təəssübkeşlərinin tədbir təşkil etməsinə və orada bu terror qruplaşması ilə bağlı təbliğat aparılmasına icazə verilib.

Türkiyə XİN Almaniya hökumətinin belə bir tədbir keçirilməsinə icazə verib, imkan yaratmasını qınayıb və məsələ ilə bağlı etirazını səfirə çatdırıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar