Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 7 maddəlik plan təklif edib
07.04.2016 637 0.0 0
Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.

“RİA Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Almaniya XİN-dəki mənbədən bildirilib.

 

Mənbənin bildirdiyinə görə, söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir.

 

Mənbə qeyd edib ki, hazırkı “status-kvo” uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır.

 

“Almaniya xarici işlər naziri ATƏT -ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək”, - deyə Almaniya XİN-dəki mənbədən bildirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar