Allahşükür Paşazadə Rusiyaya gedəcək
18.11.2016 592 0.0 0

 Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva şəhərinə gedəcək.
QMİ-nin mətbuat xidmətindən "
Report"a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə baş tutacaq. Məqsəd Patriarx Kirilin 70 illik yubiley tədbirlərində iştirak etməkdir.
A.Paşazadə səfər müddətində Patriarx Kirillə təkbətək görüşəcək, habelə yubileyə həsr olunmuş genişmiqyaslı təntənəli qəbul və mərasimlərdə iştirak edəcək.
Səfər noyabrın 23-də başa çatacaq.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar