Alla Puqaçovanın ölüm xəbəri yayıldı
12.06.2015 875 0.0 0

Rusiya estradasının primadonnası Alla Puqaçovanın ölüm xəbəri yayılıb.

Məlumata görə, bəzi Rusiya kütləvi informasiya vasitələri onun ailəsində faciəvi hadisənin baş verdiyini, ifaçının da az qalsın bu səbəbdən öləcəyi haqqında yazıblar. Belə ki, Alla Puqaçova xeyli müddət idi ki, jurnalistlərin qarşısına çıxmırdı. Sonuncu dəfə uzun fasilədən sonra mətbuat konfransı keçirən isə primadonna səhhətindən şikayətlənmişdi.

"Mən yuxumda gördüm ki, oğlum xəstələnib. Bir neçə gün sonra Harri həqiqətən xəstləndi. Bərk qorxdum. Amma həkimlər dedi ki, bu, adi soyuqdəymədir. Doğrudan da belə imiş və bir neçə günə oğlum tamamilə sağaldı", - deyən Alla Puqaçova oğlundan sonra özünün də səhhətinin pisləşdiyini deyib. "Bir an mənə elə gəldi ki, mən indi elə yerimdəcə öləcəm", - deyə primadonna etiraf edib.

Aydın olub ki, rus estradasının primadonnasına heç nə olmayıb. Sadəcə olaraq o, gördüyü yuxuya görə çox narahat olub. Beləliklə, Harri sağalandan sonra Puqaçova da özünü yaxşı hiss edib./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar