Alim Qasımov efirdə nəvəsi ilə duet oxudu - VİDEO
10.05.2017 953 0.0 0

Mənə Alim Qasımova görə hörmət qoyurlar” - Xalq artistinin atası

Xalq artisti efirdə sürpriz qonaqla qarşılaşdı

Qazeta.info bildirir ki,  ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı xalq artisti Alim Qasımov olub.

İlk öncə xalq artistinin atası onun haqda öz fikirlərini bölüşüb və uşaqlıq illərindən danışıb.

“Al
im uşaq vaxtı gedib poçtda oxuyurdu. Poçt qutuları ilə çalırdı, oxuyurdu. Balaca vaxtı aparırdılar toya, oxuyurdu. Özü getdi şəhərə, girdi Asəf Zeynallıya. Dedi ki, mənə maşın alın, onla gedim şəhərə. Dedik axı pulumuz yoxdu. Köhnə bir “moskviç” aldıq. Onda şəhərdə bu qədər maşın yox idi. Maşını məktəbin qabağına qoyur, birdən maşın gəlir bunun maşınını vurur. Uşaqlar deyir ki, Alim, maşınını vurdular. Fərqanə də maşallah, balaca vaxtı, başında kəlağayı ağlayırdı ki, tarı çal, mən oxuyum. Xanəndə oldu. Alimin indi səsi azalıb, cavan vaxtı deyirdim ki, oxu. Deyirdi ki sən də deyirsən oxu? Deyirdim ki, sənin oxumağından doymuruq”.

Daha sonra Alim Qasımovun atası oğlu ilə qürur duyduğunu, ondan razı qaldığını bildirib:

“Xasiyyəti biraz tünddür. O, oxuyanda gərək ona fikir verəsən. Oxuduğu zaman başqa 2 nəfər söhbət edəndə, acıqlanır, xoşuna gəlmir. Mənim üçün fərəhdir. Hamı mənə Alimin xətri üçün hörmət edir. Məni Alimə görə tanıyırlar hər yerdə. Mən balaca kişiyəm, qulluğum yoxdu, amma Alimə görə hörmət edirlər. O, oxumağı ilə bu yerə gəlməsəydi, mən çoxdan ölmüşdüm. Mən onla yaşayıram. Alim məni qohumlarımdan, nəvələrimdən, digər oğlumdan çox sevir. Göydə Allah, yerdə isə Alim kömək edir, saxlayır məni. Məni yaşadan odur. Allah onun ömrünü uzun eləsin, səsinə qüvvət versin”.

Sonda xalq artisti efirdə sürpriz qonaqla qarşılaşıb. Belə ki, efirə 3 yaşlı nəvəsi Alim qonaq gəlib. 

“Alimin yolunu 8-9 il gözləmişik. Bu gəlincə digər nəvələrimdə böyüdü. Onlarında ləzzətini almışam. Fərqanənin böyük qızı Fatimə ilə də dostluqlar eləmişəm”.

Daha sonra Xalq artisti efirdə 3 yaşlı nəvəsi ilə duet oxuyub.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar