Alim Qasımov Almaniyada konsert verəcək
14.03.2018 1031 0.0 0

Xalq artisti Alim Qasımov aprelin 1-də Almaniyanin Hamburq şəhərində konsert verəcək.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, konsert məşhur Elbphilharmonia zalında keçiriləcək.

Konsertdə A.Qasımov ilə yanaşı, onun qızı, əməkdar artist Fərqanə Qasımova da çıxış edəcək. Onları kamançada Rauf İsmayılov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev, balabanda isə Rafael Əsgərov müşayiət edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar