Aldıqları evin döşəməsindən seyf çıxdı- Pullar və sirr dolu işarələr
12.09.2015 4740 0.0 0
 


Bəzi səbəblərdən adlarını hələlik gizli saxlayan bir çütlük evlərini təmir edərək gözlənilməz bir sürpriz ilə qarşılaşıblar. Çox az hallarda və bir çoxlarının xəyal edə biləcəyi bu hadisəni cütlük belə nəql edir.

Qazeta.info Xarici KİV-lərə istinadla bir ailəyə maraqlı anlar yaşadan hadisəni olduğu kimi təqdim edir.


"Haradan başlasam ... İki il öncə hazırda yaşadığımız  bu evimizə köçdük və nəhayət mətbəximizi təmir etmək qərarına gəldik. Eddie təmir işlərindən anladığı üçün təmiri özümüz etməyə qərar verdik və pulumuza qənaət etdik. 

Mətbəxdə söküntü işləri apardəğımız zaman seyf gördük. Daha doğrusu döşəməni söktüyümüz zaman bu seyf  ortaya çıxdı.

 

 

İki il öncə bu evimizi alanda  evin bizdən əvvəl   6 sahibi olduğunu öyrənmişdik. Tapdığımız seyf, evdə pişik saxlayan və siqaret çəkən bizdən öncəki ev sahibinə aid deyilmiş kimi gəldi mənə. Bu evə köçdüyümüz ilk gün, dərmanlar olan dolabın arxasında bir şifrə tapmışdıq.

Amma heç bir zaman bir seyflə qarşılaşmamışdıq. Mən hər ehtimala görə şifrəni saxlamışdım. "

 


 

 

"Seyf 10-20 il müddət orda olduğu təsəvvürü yaradırdı. Bir az əziyyətli olsa da seyfi yerindən çıxarmağı bacardıq. O an ikimiz də donub qaldıq. Hətta seyfə açtdığımda  Eddie "Bəlkə tələdir? Bomba ola bilər! ''  deyə qışqırdı. Xatırladıqca  hələ də gülürəm."

"Təxminən 50.000 dollar olar və ya olmaz kimi görünürdü. Əksəriyyəti də köhnə 100-lük dollarlar. Hamısını saydığımızda cəmi 51.080 dollar  olduğunu gördük."

 

 

 

"Bir də Ceyms E. Pepper şüşəsi vardı. Sən demə Ceyms e. Pepper" Old fashioned  (köhnə moda) kokteyl yaradıcısı sayılırmş.

"Möhürü hələ qırılmamışdı, Vergi aksizi də  1960-ci ili göstərirdi. Araşdırma aparan zaman olduqca nadir bir Burbon ilə qarşılaşdım. Onsuz da ikimiz də bunu çox sevirik."

"Kitab isə tam bir sirlər aləmi idi . EF Şumaxer tərəfindən yazılan A Guide for the Perplexed (Fikiri dağınıqlar üçün təlimat kitabı). 1977-ci ildə çap edilmişdir."

"Birinci səhfədə, görəndə xoş təsir bağışlayan Gregory Peck adında bir adamın fotoşəkili vardı. Xəzinə ovçusu deyiləm amma səhifə 1. 7, 11 və 14-də bəzi özəl məlumatlar var kimi gəldi mənə. Fotoşəkilin arxasında bunlar yazılmışdı:"

 

 


 

 

Alan,
Əlində oxumağın lazım olan bir kitab var. Bəzi yerlərin altına xətt çəkdim.
Yoldaşın,
Vincent

"Səhyfə 7-dəki işarə kimi görünmürdü. Arizona əyalətinin köhnə tərz  bir kartıydı. Biz Phoenixdə yaşayırıq, Mesa-nın üzərində karandaşla qoyulmuş bir "X" vardı. Ön tərəfinin fotoşəkilini çəkməyi unutduq amma Arizona ştatı bütün bölgə içində qeyd olunmuşdu."

Altında xətt çəkilmiş hissənin başlığında "Fəlsəfi Maps" belə deyirdi:
'' Xəritələrdən istifadə edərək, bütün dünyaya bir bütün olaraq baxış şəklimiz, tapılmasını gözləyən şeylərin harada olduğunu göstərən planları söyləməkdir. ''

 

 

 

 

 


 

Səhifə 11də köhnə bir evin ya da mülkün altındakı cümlə:
 

'' Belə məhsuldar nəticələr vermişdi. ''
Arxasında da '' Bir ağacın üç olduğu yer '' yazılmışdı. Soldakı ağaca işarə verdiyini düşünürəm.

"Bildiyimiz bir yer olub olmadığını görmək üçün bir az yaxından baxdıq və üç başlı bu ağac bizim maraqımızı olduqca çox cəlb etdi."

 

 

 

"Səhifə 14 - Ən müasir oxucular mükəmməl xoşbəxtliyin, müasir dünyanın haqqında heç kimin bilmədiyi üsullarla əldə ediləcəyinə inanmaq üçün istəkli olurlar."

"Sonra bingo kartını gördük. Eddie seyfin kodunun 3 rəqəmli olduğunu işarə etdi. Bəlkə də bu kod, başqa bir seyfi açmaq üçün idi. Bəlkə də yalnız bingo oynamağı sevirdi."

 

 

 

"Pulla nə edəcəyimizə hələ qərar verməmişik. Bir də ki,  bu pulların sahibi Alan hələ sağdırsa  pul ona aiddir nəticədə. Amma bourbonun keyfini qaçırmadıq.Təbii ki onu biz çoxdandır ki, içmişik!"

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar