Akın Öztürk Türkiyəyə geri döndü
07.03.2015 686 0.0 0

Qazeta.info Müdafiə Nazirliyinin məlumatına istinadla bildirir ki, Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.
Qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.
Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar