Ajda Pekkanın son görüntüləri dillərə düşdü – VİDEO
06.07.2019 642 0.0 0

73 yaşlı müğənni Ajda Pekkan son görüntüsü ilə sosial şəbəkədə gündəm yaradıb.

Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, ulduz dünən Çingiz Semercioğlunun canlı yayımlanan proqramına qonaq olub. Canlı yayımda yeni mahnısı “Canın Sağ Olsun”u təqdim edən Pekkanın danışarkən üzündə heç bir mimikaların yaranmaması müzakirə yaradıb. Estetik əməliyyat kraliçası kimi tanınan Ajda Pekkan veriliş boyu mimikasız və heykəl kimi dayanıb. Onun üzünü estetik müdaxilərlə bu hala salınması kəskin tənqid edilib.

Müğənni verilişdə məişət işləri haqqında səmimi açıqlamalar verib. O, bildirib ki, hiperaktiv insan olduğu üçün hər işini çatdırır:

“Mağazanın nisyə dəftəri kimi qalın dəftərim var. Broşum itsə, dəftərə yazıram. Bütün əşyalarımın izindəyəm. Evdə süd yoxdursa, onu da dəftərə qeyd edirəm. Həm müğənniyəm, həm rejissor, həm ev xanımıyam, həm də şirkətin sahibiyəm. Bütün bunları idarə etmək çox çətindir. Maliyyə məsələləri isə heç sevmədiyim mövzudur”.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar