Aİ-nin Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Bakidadır
08.04.2015 692 0.0 0

Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycanda səfərdədir.

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, aprelin 7-si axşam saatlarında Bakıya gələn diplomatın səfəri aprelin 9-dək davam edəcək.
 
Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, “Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.
 
Xatırladaq ki, bu, Yohannes Hanın Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar