Aİ-dən Rusiyaya sanksiya uzatmaq qərarı
19.03.2015 747 0.0 0
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və təşkilatın aparıcı dövlətləri olan Almaniya ilə Fransanın liderləri Angela Merkel və Fransua Olland Rusiyaya qarşı tətbiq olunmuş sektoral sanksiyaların müddətini Minsk sazişinin yerinə yetirilməsi ilə əlaqələndirmək barədə razılığa gəliblər.

 

“Reuters”ə istinadən verilən məlumata görə, Tusk, Merkel və Olland arasında əldə olunan kompromis qərara əsasən Rusiyaya qarşı sanksiyaların müddəti 2015-ci ilin sonuna qədər uzadılacaq. Çünki Minsk sazişində Ukrayna-Rusiya sərhədinin nəzarətsiz hissəsinin məhz 2015-ci ilin sonuna qədər Kiyevin nəzarətinə qaytarılması nəzərdə tutulub. Əgər bu baş verərsə, Rusiyaya qarşı sanksiyaların ləğvi mümkün olacaq.  

 

İyunda bitəcək sanksiyaların uzadılması məsələsinə Aİ-nin həmin ay keçiriləcək sammitində baxılacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar