Ağsuda oğurluq edənlər avtomobillərini qoyub qaçıblar
05.07.2017 729 0

Ağsu rayonunda qoyun oğurlayan şəxslər qaçıb.
Məlumata görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb.
Gündüz saatlarında kəndin otlaq ərazisindən iki baş qoyunu oğurlayaraq 90-ZK-261 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilinə yığan şəxslər qaçmaq istəyərkən heyvanların sahibinin onun arxası ilə gəldiyini görüb və idarə etdiyi avtomobili Şamaxı-Ağsu-Göyçay yolunun kənarında saxlayaraq qamışlıq əraziyə qaçıblar. Hadisə yerinə gələn polis əməkdaşlarının sözlərinə görə, avtomobildə olan sənədlərə baxış zamanı məlum olub ki, oğurluq edən iki nəfər şəxs Salyan rayon sakinləridir və hazırda onların axtarışı davam etdirilir.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Şərhlər