Ağır yolqəzası- bir ailənin 5 üzvü xəstəxanalıq oldu
16.09.2016 633 0.0 0

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Lənkəranda bu gün baş verən yol qəzasında yeddi nəfərin xəsarət aldığı açıqlanıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, rayonun Kərgəlan kəndi ərazisində baş verən qəza zamanı xəsarət alan daha iki nəfər xəstəxanaya çatdırılıb.

 

Onlardan beş nəfəri bir ailənin üzvləri – rayonun  Şağlakücə kənd sakinləridir.

 

 

Qeyd edək ki, bu gün saat 17.00 radələrində Lənkəranın Kərgəlan kəndində iki avtomobili toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib, həmin nəqliyyat vasitələrinin sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-a yerləşdiriliblər.

 

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar