Ağamirzə meyxanaçılardan gileyləndi
08.11.2019 131 0.0 0

Sənətçi bildirib ki, son zamanlar meyxana qafiyə üzərində qurulmur.

“Mənim bəzi meyxana deyənlərdən şikayətim var. Səhv edənlərdən birincisi elə mən özüməm. Bir var günahı başqasında görəsən, elə deyil, mən səhvi birinci özümdə görürəm. Başqalarına və gənc nəsilə də nəsihət verirəm. Qafiyəyə düşməyən sözləri deyirik. Məsələn, ay can alan candı məhəlləmizdə, bu işdə ortamdı məhəlləmizdə. Bu sözlər qafiyəyə düşmür. 

Mən nəinki cavan meyxana deyənlərdən, ümumilikdə bütün meyxana deyənlərdən xahiş edirəm ki, bu qaydalara riayət edək. Meyxananı qafiyə üstündə deyək. Özüm də başda olmaq şərtilə, bu qaydalara düzgün əməl edək. Əslində, bu,səhvdə sayılmır. Necə deyim, elə bil bir növ yola vermək, başdan eləmək kimidir. Yenə də deyirəm ki, bu işin başçısı mən özüməm. Onlar bir dəfə ediblərsə, mən iyirmi dəfə etmişəm. Yəni təklif edirəm ki, bunları yığışdıraq qoyaq bir  qırağa, bundan sonra belə səhvlərə yol verməyək”. 

İfaçı meyxanaçıları səhvlərini bir daha təkrarlamağa da çağırıb:

“Məsələn, birinə etiraz edirsən ki, bu sözlər qafiyəyə uyğun deyil, belə demək olmaz. Deyir, axı, siz özünüz etmisiniz. Bəli, haqlıdırlar, etmişik. Bu gündən çalışaq,belə etməyək, meyxananı çirkinləşdirməyək. Bütün qaydalara doğru əməl edək. Gəlin, təmiz meyxana deyək. Öz səhvlərimizin üzərində işləyək, onları dəf edək”./olke.az/


Digər xəbərlər:
Şərhlər
avatar