«Ağ ölümü yox sağlam həyatı seç!» layihəsi çərçivəsində ilk tədbir keçirilib
27.01.2016 581 0.0 0

“Ağ ölümü yox sağlam həyatı seç!”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Ağ ölümü yox sağlam həyatı seç!” layihəsi çərçivəsində Ağcabədi rayonunda ilk tədbiri həyata keçirib.Ağcabədi rayonunda müəyyən edilmiş maddi vəziyyəti ağır olan alələrdə narkomaniya və İİV-QİÇS virusu xəstəliyin yoluxmuş övladların müəlicə olunmalarına  tibbi, psixaloji və hüquqi köməklik  göstərmək məqsədilə yeniyetmə və gənclər arasında “Narkomaniya və İİV-QİÇS virusunun nədir?” onun yoluxma yolları və təhlükəsizlik qaydaları adlı müzakirə xarakterli təlim təşkil olunub. Təlim Bəxtiyar Quluzadənin təşkilatçılığı ilə Ağcabədi rayonu 1 saylı tam orta məktəbdə həyata keçirilib.Tədbirdə məktəbin direktoru Səadət Kazımova, rayon təhsil şöbəsinin əməkdaşı Niyazi Zeynalov, narkomaniya ilə mübarizə şöbəsinin rəisi, polis mayoru Əli Əliyev, layihə eksperti Radə Telmanqızı iştirak ediblər.Vəkillik və lobbiçilik kompaniyası çərçivəsində, yeniyetmələr və gənclər arasında təbliğat aparmaq məqsədi ilə narkomaniya və İİV-QİÇS virusu xəstəliyin ötürülmə yolları, İİV-QİÇS virusu xəstəliyin infeksiyasının diaqnostikası və İİV-QİÇS virusu törətdiyi acı fəsadlar haqqında “Narkomaniya və İİV-QİÇS - bəlasına birlikdə SON QOYAĞ”  buklet paylanmışdır.Layihə çərçivəsində növbəti tədbir Ağçabədi rayonu 11 saylı tam orta məktəbdə həyata keçiriləcək.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar