Ağ Evdə türk kəşfiyyatının şefi və Ərdoğanın adamı ilə QAPALI GÖRÜŞ
09.05.2017 787 0.0 0

Türkiyə Baş qərargah rəisi Hulusi Akar, Milli İstihbarat Təşkilatının şefi Hakan Fidan və prezidentin sözçüsü İbrahim Kalın Ağ Evdə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri, ordu generalı Raymond McMasterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə, görüşdə Suriya və İraqda baş verənlər, terrorla mübarizə, ikitərəfli münasibətlər müzakirə olunub.

Görüş qapalı keçirilib, lakin əsas müzakirə mövzusunun Suriya münaqişəsi olduğu deyilir./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar