Ağ Evdə Putin-Tramp görüşünün hazırlandığını təkzib ediblər
01.03.2017 793 0.0 0

“Hazırda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün keçirilməsinə dair heç bir hazırlıq işi görülmür”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu adının çəkilməsini istəməyən ABŞ administrasiyasının nümayəndəsi bildirib.
 
Qeyd edək ki, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bundan əvvəl prezidentlərin görüşünə dair hazırlıq prosesinin başlandığını bildirib. Lakin görüşün yeri və vaxtı barədə heç bir məlumat verilməyib.
 
Ryabkovun sözlərinə görə, bu məsələ XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlər katibi Reks Tillerson arasında keçirilən görüşdə müzakirə olunub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar