Afrika dövlətləri Qambiyaya zərbələr endirməyə başlayıb
20.01.2017 1283 0.0 0

Seneqal ordusu Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) hərbçilərinin Qambiyada "Demokratiyanın bərpası" əməliyyatı çərçivəsində ölkəyə zərbələr endirməyə başlayıblar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Seneqal ordusunun nümayəndəsi polkovnik Abdu Ndiaye zərbələr haqqında ətraflı məlumat verməyib.
O bildirib ki, kontingent quru, hava və dəniz qüvvələrindən ibarətdir.
Kontingent quru, hava və dəniz qüvvələrindən ibarətdirBir müddət əvvəl BMT Təhlükəsizlik Şurası Seneqalın Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (QADİB) Qambiyada səlahiyyətlərin yeni prezidentə təhvil verilməsinə əmin olmaq üçün "lazımi tədbirlər görmək" imkanı verməsinə dair təqdim etdiyi qətnaməni qəbul edib. Şuranın 15 üzvünün hamısı sənədi təsdiq edib.
Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Onun andiçmə mərasimi Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində baş tutub. Mərasim zamanı Qambiya ərazisi üzərində Nigeriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri uçuş edib.
Qambiyada siyasi böhran 2016-ci ilin dekabr ayının sonlarında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar