AEBA rəhbəri İran parlamentinin iclasında iştirak edəcək
20.09.2015 492 0.0 0

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Yukiya Amano bu gün, sentyabrın 20-də, Tehrana səfəri çərçivəsində Məclisin (parlamentin) iclasında iştirak edəcək.

“TASS”a istinadən verilən xəbərə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.  
 
Bundan əvvəl nüvə razılaşmasının tədqiqi üzrə parlamentin xüsusi komissiyasının rəhbəri Əli Rza Zakani XİN-ə müraciət edərək  AEBA rəhbəri Yukiya Amanonun deputatlara nüvə sazişi ilə bağlı bir neçə məsələyə aydınlıq gətirmək üçün  Məclisə dəvət edilməsini xahiş edib.  Buna cavab olaraq, XİN Amanonun sentyabrın 20-də parlamentin iclasında iştirak edəcəyini bəyan edib.
 
Qeyd edək ki, Tehrana səfəri çərçivəsində Yukiya Amano İranın Nüvə Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi və digər iranlı məmurlar ilə Vyanada iyulun 14-də İran və AEBA arasında əldə olunmuş “yol xəritəsi”nin reallaşdırılması məsələsi ilə bağlı danışıqlar aparacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar