Adı olsa da, «Adsız» deyə çağırırlar - Qəribə adlar-VİDEO
01.06.2016 666 0.0 0

Adsız, Gilənar, Ümküs, Adtıxan , Həkimə, Canım, Ömürsürə...

Bunlar Azərbaycanda son 5 ildə uşaqlara qoyulan adlardan bir neçəsidir. Uşaqlarını ömür boyu meyvə-tərəvəz, rayon, peşə, irq və fənn adları, hiss və həyəcanlarını ifadə edən sözlər, hətta iki sözü yarımçıq birləşdirib çağıranlar da az deyil.

Sosioloq Rafael Həsənov belə adları ömürlük yük hesab edir.

Terminologiya Komissiyasının sədr müavini Səyalı Sadıqova deyir ki, valideynlər ad seçimində azad olsalar da, belə adların qoyulmasına icazə verilmir. Bunun qarşısını almaq üçün şəxs adlarının izahlı lüğəti də tərtib olunub.

Övladlarına bu cür ad verən valideynlər olsa da, bu, böyük əksəriyyət tərəfindən  birmənalı şəkildə bəyənilmir.

Müşahidələr göstərir ki, bəzən valideynlər özləri uşaqlarına qoyduqları  ada görə sonradan peşman olur. Hətta məhkəməyə müraciət edib dəyişdirməyə çalışanlar da var. Bu isə ad qoyarkən övladlarının gələcəyini nəzərə almağı, onu utandıracaq hala salmamağı vacib edir./xezerxeber.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar