ADA Universiteti magistr olmaq istəyənləri «Açıq Qapı»-ya dəvət edir
20.02.2015 783 0.0 0

ADA Universitetində tədris olunan: İctimai Siyasət (MPP), Diplomatiya və Beynəlxalq Münasibətlər (MADIA) və Əyani, Beynəlxalq MBA proqramları ilə maraqlanan şəxslər 27 fevral, 2015-ci il, saat 15:00-16:30-da Universitetin kampusunda keçiriləcək Məlumat Sessiyasında iştirak edə bilərlər. 

Məlumat sessiyasında ADA Universitetinin tədris proqramları, tələbə həyatı, təhsil haqqına güzəşt imkanları, qəbul şərtləri və məzunlar üçün iş imkanları müzakirə olunacaqdır. Tədbirdə hal-hazırda ADA Universitetində magistratura proqramlarında təhsil alan tələbələr və professor heyəti ştirak edəcəklər. 

Maraqlananlar admissions@ada.edu.az e-mail ünvanı vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. 

ADA Universitetinə gələrkən şəxsiyyət vəsiqəsını təqdim etmək mütləqdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar