Abşeronda evdən qadın meyiti tapıldı
14.06.2015 641 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Nazirliyin  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu,  Xırdalan şəhərində mənzildə 1968-ci il təvəllüdlü İsayeva Afaq Əlibaba qızı bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar etmişlər. A.İsayevanın cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:27-də başa çatmışdır;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar