ABŞ Türkiyəyə Rusiyanın S-400-lərini Ukraynaya təhvil verməyi təklif edib
19.03.2022 430 0.0 0

ABŞ Rusiya istehsalı olan S-400 raket sistemlərini Ukraynaya verməyi təklif edib.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə , bu barədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Paul Kolbe deyib.

“Türkiyə Moskvaya qarşı mübarizə üçün Rusiyanın sonuncu S-400 sistemlərini Ukraynaya təhvil verərək ABŞ ilə razılığa gəlməlidir”,- deyə Kolbe bildirib.

Mütəxəssis xatırladıb ki, Ankaranın Rusiya silahlarını alması Vaşinqtonun kəskin mənfi reaksiyasına səbəb olub və cavab olaraq Türkiyəyə F-35 qırıcılarının satışını dayandırıb.

Keçmiş kəşfiyyatçı belə bir sövdələşmənin Ankara ilə Vaşinqton arasında münasibətlərin bərpasına kömək edəcəyini düşünür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar