ABŞ Türkiyəni kürdlərə qarşı zərbələr endirməyə son qoymağa çağırıb
14.02.2016 536 0.0 0

ABŞ  Türkiyəni Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa çağırıb. “Frans Press”ə istinadən verilən xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında bildirilir.  
 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.   
 
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar