Tarix: 09.12.2016,   Saat: 13:34, Cümə.          

«ABŞ tezliklə Güləni təhvil verməlidir, başqa çıxış yolu yoxdur»

"Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib".

 

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul deyib.

 
Ə. Usul Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı aparılan danışıqlara da münasibət bildirib. O qeyd edib ki, ABŞ-ın bu məsələdə mövqeyi başa düşülən deyil: "Hesab edin ki, ABŞ-da bir terror təşkilatı var və bu təşkilatın lideri Türkiyədə yaşayır. Sizcə belə bir şey mümkündür?! Ona görə də bu məsələdə ABŞ-ın mövqeyi başa düşülən deyil. ABŞ tez bir zamanda terror təşkilatının liderini Türkiyəyə təhvil verməlidir. Biz bunu gözləyirik. Gec-tez bu olacaq. Çünki ABŞ-ın başqa çıxış yolu yoxdur"./apa/

 
 
 


  Bölmə: Dünya | Baxış sayı: 258 | Tarix: 07.10.2016, 15:08


Xəbərlər