ABŞ Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb
29.04.2017 721 0.0 0

ABŞ qoşunları türk hərbçiləri və PYD-YPG silahlıları (PKK-nın Suriya qolu) arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb.
 
APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.
 
“ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək  insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək  məqsədi ilə Suriyanın şimalındakı rayonları patrul etməyə başlayıb”, - deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar