ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir
02.04.2022 258 0.0 0

ABŞ-ın Maliyyə Nazirliyi Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyalar siyahısına beş təşkilatı əlavə etməklə onu genişləndirib.

Bildirək ki, bu barədə nazirliyin saytında yayılmış məlumatda deyilir.

Amerikanın sanksiyaları xüsusilə KXDR-in Raket Sənayesi Nazirliyinə təsir edəcək. Bəyanatda deyilir ki, hazırda ABŞ maliyyə institutlarının nümayəndələrinə bu agentliklə əməliyyatlar aparmaq qadağandır. Siyahıya KXDR-in dörd ticarət korporasiyası da daxildir.

Qeyd edək ki, KXDR silahlı qüvvələri martın 24-də ölkə lideri Kim Çen Inın birbaşa göstərişi ilə “Xason-17” qitələrarası ballistik raketini buraxıb. Cənubi Koreya Prezidenti Mun Çje İn raketin buraxılışını Pxenyanın raket atışlarına və nüvə sınaqlarına könüllü moratoriumunun pozulması adlandırıb. Yanvarda KXDR-in hakimiyyət orqanları “ABŞ-ın düşmənçilik siyasəti və hərbi təhdidləri” səbəbindən bu cür fəaliyyətlərin müvəqqəti dayandırılmasına yenidən baxmaq niyyətində olduqlarını bəyan ediblər./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar