ABŞ SERQEY ŞOYQUNUN SƏFƏRİNDƏN NARAHTLIQ KEÇİRİR
21.01.2015 833 0.0 0

Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehran səfəri Vaşinqtonu ciddi narahat edib. 

Məlumata görə, ABŞ Rusiya tərəfindən İrana S-300 raketlərinin satılmasını yolverilməz sayır. 

“Biz xəbərlərdən İranda Rusiya və İran hökumət rəsmiləri arasında hərbi əməkdaşlığın müzakirə edilməsini və müqavilə bağlana biləjəyini öyrəndik”, - deyə bu gün ABŞ Dövlət Departamentindən bildiriblər.

Yanvarın 20-də Rusiya ilə İran arasında hərbi əməkdaşlıq barədə saziş bağlanıb. “Hərbi sahədə qarşılıqlı əlaqələr üçün nəzəri əsas yaranıb”, - deyə Şoyqu bildirib. Sergey Şoyqu Tehrana yanvarın 19-da gedib. 

İran Rusiyadan yeni hərbi texnika, o cümlədən S-300 raketləri almaqda maraqlıdır. //AnsPress

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar