ABŞ sakini Kriştianu Ronaldu ilə gün keçirmək üçün 32 min dollar ödəyib
18.10.2017 719 0.0 0

Amerikanın Kaliforniya ştatından olan qız İspaniyanın "Real" klubu və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun xeyriyyə fonduna ulduz futbolçu ilə bir gün keçirmək üçün 32 min dollar vəsait ödəyib.

"Bild" nəşrinə istinadən xəbər verilir ki, xanım azarkeş həmçinin "Real"ın İspaniya çempionatında keçirəcəyi iki ev oyununa bilet əldə edib.

Qız, o cümlədən komandanın məşqinə baxa və Ronaldudan avtoqraf ala biləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar