ABŞ Rusiyanı hədələdi
18.07.2015 663 0.0 0
“Rusiya Donbassda münaqişəni genişləndirəcəyi təqdirdə, ABŞ Moskvaya təzyiqi gücləndirəcək”.

 

RİA “Novosti”yə istinadən verilən xəbərə görə, bunu ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland "Şuster Liva" proqramının efirində ukraynalı jurnalist Savik Şusterə müsahibısində deyib.

 

"Biz bildirmişik ki, Minsk razılaşması tam icra olunana qədər sanksiyalar qüvvədə qalacaq”, - deyə V. Nuland bildirib.

 

ABŞ hökumətinin Ukraynaya hərbi yardım göstərdiyini xatırladan V. Nulandın sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çərçivəsində hərbçilərin hazırlığı üçün 150 milyon dollar yardım edib.

 

"Biz ümid edirik ki, bizim təzyiqlər Rusiyanı və Rusiya hökumətinin Donetsk və Luqanskdakı qüvvələrini öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək. Əks təqdirdə bu onlara baha başa gələcək. Biz heç nəyi istisna etmirik", - deyə dövlət katibinin köməkçisi bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar