ABŞ nefti kəskin ucuzlaşdırdı
08.04.2015 694 0.0 0

Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb.

Məlumata görə, ABŞ-ın həftəlik neft ehtiyyatının artdığı barədə yaydığı xəbərlər neftin kəskin ucuzlaşmasına səbəb olub.

Axşam saatlarına olan məlumata görə, Brent markalı neftin bir barrelinin qiyməti 2,11% ucuzlaşaraq 57,1 dollar təşkil edib.

WTI markalı neft isə 4,33% ucuzlaşaraq 51,64 dollara satılıb.

Qeyd edək ki, ABŞ-ın kommersiya məqsədli neft ehtiyyatları martın 27-dən aprelin 3-nə qədər 10,9 milyon barrel artaraq 482,4 milyon barrel təşkil edib. Bu isə son 80 il ərzində rekord göstəricidir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar