ABŞ-lı yeni səfir artıq Bakıda
12.02.2015 1022 0.0 0

ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta artıq Bakıdadır.

"Heydər Əliyev" adına hava limanında əməkdaşının verdiyi məlumatına görə, bu dəqiqələrdə Bakıya gəlib.

Robert Sekuta bildirib ki, o Bakıda olduğuna görə xoşbəxtdir: "Tezliklə Bakıya həyat yoldaşım da gələcək. Prezident İlham Əliyevin etimadnaməsini təqdim etməsini gözləyirəm. İlham Əliyevlə görüşüm olacaq. Azərbaycan və ABŞ arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, ötən gün ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekutanın videomüraciəti yayılıb. O, müraciətində bəzi fikirləri Azərbaycan dilində ifadə etmişdi.

ABŞ səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən müraciətdə R.Sekuta prezident Barak Obamanın Azərbaycanda xidmət göstərmək üçün onun namizədliyini irəli sürməsindən şərəf duyduğunu bildirib. O deyib: “Çox şadam ki, sizi beynəlxalq münasibətlər fakültəsində təhsil almağa başladığım Corctaun Universitetinin “Riggs” kitabxanasından salamlayıram. Mən 36 ildən çoxdur ki, ABŞ diplomatıyam və müxtəlif yerlərdə çalışmışam”.

R.Sekuta Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra iki ölkənin güclü əməkdaşlıq qurduğunu və bir sıra eyni məqsədləri bölüşdüyünü söyləyib. O bildirib ki, regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması münasibətlərimizin iki əsas prioritetidir. 
Sekuta həyat yoldaşı ilə birlikdə Azərbaycana gələcəyini qeyd edib.//anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar