ABŞ Konqresi Rusiya və İran əleyhinə qətnamə layihəsi qəbul edib
18.05.2017 647 0.0 0

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya və İrana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

 "Gazeta.ru"-ya istinadən verilən xəbərə görə, bunu palatanın spikeri Pol Rayan bəyan edib.

 

“Bəşər Əsədin insanlığa qarşı cinayətləri cavabsız qala bilməz. Yeni sanksiyalarla biz Suriya rejimi, eləcədə Əsədin əsas himayədarları olan Rusiya və İrana qarşı təzyiqi artırmış olacağıq”, deyə P.Rayan bildirib.

 

Qanun layihəsinə Senat razılıq verdikdən sonra sənəd imzalanması üçün prezident Donald Trampa göndəriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar