ABŞ-ın Qarabağ bəyanatı
18.04.2015 776 0.0 0

ATƏT-in Minsk qrupunun həmsədri olaraq Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin möhkəm və dinc nizamlanmasının axtarışı üçün tərəflərlə əməkdaşlığı davam etdirmək niyyətindədir. 

Məlumata görə, bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Deniel Beyer Vyanada Daimi Şuranın iclasında bildirib. 

Deniel Beyer Azərbaycan və Ermənistan prezidentlərinin Paris sammitində çıxışlarını da alqışlayıb. Onun sözlərinə görə, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsində itkin düşənlər barədə məlumat mübadiləsinə sadiqliklərini sübut ediblər. 

“Biz ümid edirik ki, prezident bu il dialoqu davam etdirmək üzrə öz öhdəliklərini yerinə yetirəcəklər və ümumi sülh sazişinə gətirəcək rəsmi danışıqlar prosesinin başlamasının vacibliyini qeyd edəcəklər”, - deyə Beyer vurğulayıb./anspress/ 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar