ABŞ-ın Miluoki şəhərində komendant saatı tətbiq edilib
16.08.2016 688 0.0 0

ABŞ-ın Miluoki şəhərində baş verən iğtişaşlardan sonra komendant saatı tətbiq edilib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu Miluoki şəhərinin meri Tom Barret bəyan edib.

 

Şəhərin polis rəisi Ed Flinn, öz növbəsində, iğtişaşlar zamanı 14 nəfərin saxlanıldığını bildirib.

 

Qeyd edək ki, etirazlar polis əməkdaşının Miluokinin qaradərili sakini, 23 yaşlı Silvel Smitə atəş açaraq öldürməsindən sonra başlayıb./apa/


Digər xəbərlər:
Şərhlər
avatar