ABŞ-ın Azərbaycandakı səfirliyi `Qarabağ`ı təbrik edib
24.08.2017 604 0.0 0

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.

 

Məlumata görə, bu barədə səfirliyin “facebook” səhifəsində yer alan açıqlamada deyilir. “Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi “Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, - deyə açıqlamada bildirilir.

 

Xatırladaq ki, “Qarabağ” ötən gün Danimarkanın “Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar