ABŞ İsrailin raket hücumundan müdafiə sisteminə 600,7 milyon dollar ayırıb
09.12.2016 978 0.0 0

ABŞ Konqresi İsrailin raket hücumundan müdafiə sisteminin inkişafına 600,7 milyon dollar ayırılmasını özündə etiva edən qanunun lehinə səs verib.

“Newsru.com”a istinadən xəbər verilir ki, Konqres ABŞ-ın “Müdafiə siyasəti haqqında” qanunu qəbul edib.

Məlumata görə, sənədin lehinə 375 Konqres üzvü səs verib, onların 34-ü isə qanunun əleyhinə olub. Senatda isə 92 senator qanunun lehinə, 7-si isə əleyhinə səs verib.

Xəbərdə bildirilib ki, 2018 və 2028-ci illər arasında isə İsrail ABŞ-dan 3,8 milyard dollarlıq hərbi yardım alacaq. İsrail öz növbəsində ABŞ-a hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullardan verəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar