ABŞ-ı silkələyən səs yazıları yayıldı - Vikiliks
29.07.2016 579 0.0 0

“Vikiliks” rəhbəri Culian Assanc ABŞ Demokratlar Partiyasının gizli yazışma və səs mesajlarını yayıb.

 

Qazeta.info Axar.az-a  istinadla xəbər verir ki, 29 səs yazısında partiya daxilində çəkişmələrin olduğu və Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun lehinə gizli kampaniya aparıldığı görülür.

 

Sözügedən səs yazılarında Demokratlar Partiyasının ABŞ prezidentliyinə namizədlərindən olan Berni Sandersin seçkilərdən hansı yolla uzaqlaşdırılması də aydın olur.

 

Qeyd edək ki, Sanders ötən ay keçirilən seçkilərdə kifayət qədər səs toplaya bilmədiyi üçün seçkidən kənarlaşıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar