ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...
24.06.2019 97 0.0 0

ABŞ yalnız yeni və hərtərəfli saziş imzalanacağı təqdirdə İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

O bildirib ki, yeni saziş həqiqətən də hərtərəfli olmalı, nüvə problemi, ballistik raket problemi və insan haqları ilə bağlı məsələləri əhatə etməlidir:

“Yalnız bu halda ABŞ tamamilə sanksiyaları ləğv edə və İranla diplomatik münasibətləri bərpa edə bilər”.

Nümayəndənin sözlərinə görə, hazırda isə Vaşinqton Tehrana iqtisadi təzyiqi davam etdirəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar