ABŞ generalı Kalininqradı vuracağı ilə hədələyib
20.09.2019 109 0.0 0

ABŞ-ın Rusiyanın Kalininqrad vilayətindəki hava hücumundan müdafiə sistemini keçməyə imkan verəcək planı mövcuddur. “Breaking Defence” nəşrinə istinadən xəbər verilir ki, bunu Amerika Birləşmiş Ştatlarının Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.

Onun sözlərinə görə, Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır. O fikrini belə izah edib: “ Belə bir vəziyyətdə hərtərəfli - hava, quru, dəniz, kosmosdan hücum olacaq. Bura həmçinin kiber məkandan hücumlar və elektron müharibə də daxildir”.

General əlavə edib ki, ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım olduğu təqdirdə tətbiq etməyə hazırdır. Bununla yanaşı, Harriqyan Pentaqonun planının təfərrüatlarını açıqlamayıb./Report/


Digər xəbərlər:
Şərhlər
avatar