ABŞ dövlət borcunun ümumi həcmi məlum olub
02.02.2022 360 0.0 0

ABŞ-ın dövlət borcu koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə ayrılan vəsaitlərin təsiri ilə ilk dəfə 30 trilyon ABŞ dolları ötüb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, ABŞ-ın dövlət borcu 2019-cu ilin sonundan bəri təxminən 7 trilyon ABŞ dolları artıb.

Qeyd edək ki, Konqresin Büdcə Ofisi 2020-ci ilin yanvar ayında açıqladığı hesabatda dövlət borcunun 2025-ci ilin sonunda 30 trilyon ABŞ dollara çatacağını proqnozlaşdırmışdı./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar