ABŞ-dan şok: Suriyada əməliyyatlar – Rəsmi
01.11.2016 495 0.0 0

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk Suriyanın Rakka şəhərində gözlənilən hərbi əməliyyatlarla bağlı mühüm açıqlamalar verib.

 

Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandıran Pentaqon nümayəndəsi yaxın həftələrdə əməliyyatlara start veriləcəyini deyib:

 

“ABŞ həm Mosul, həm də Rakkada İŞİD-ə təzyiqi artırmağa çalışır. Bunun üçün Rakka əməliyyatı qısa müddətdə başlayacaq. Şəhər öncə mühasirəyə alınacaq. Bir müddətdən sonra şəhərin azad edilməsi üçün əməliyyatlar başlayacaq.

 

Kuk əməliyyatlarda Türkiyənin iştirakını istisna etməyib.

 

Xatırladaq ki, Rakka şəhərinin İŞİD-dən azad edilməsilə ABŞ ilk dəfə Suriyada genişmiqyaslı hərbi əməliyyatlara başlamış olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar