ABŞ-DAN NÖVBƏTİ SANKSİYA HƏDƏSİ
25.01.2015 897 0.0 0

Ukraynada separatçıların intensiv hücumları ABŞ-ın Rusiyaya növbəti dəfə xəbərdarlıq etməsinə səbəb olub. 

Məlumata görə, ABŞ dövlət katibi Con Kerri verdiyi açıqlamada Rusiyadan tələb edib ki, Ukrayna ilə sərhədi bağlasın və Ukraynadakı separatçıları dəstəkləməyə son qoysun. 

Kerri eyni zamanda Mariupolda 30 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnən bombardmanı da pisləyib. Buna görə separatçıları ittiham edib.

Onun sözlərinə görə, əgər hücumlar davam etsə, Rusiyaya yeni sanksiyalar qoyula bilər./AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar