ABŞ-dan daha bir Qarabağ açıqlaması
01.07.2016 758 0.0 0


ABŞ Dövlət Departamenti dövlət katibi Con Kerrinin Ermənistan və Azərbaycan prezidentlərinə telefon zəngini şərh edib. Məlumata görə, ABŞ Dövlət departamentinin mətbuat katibi Con Kirbi ənənəvi brifinqdə deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həll olunmasını istəyir.

"Şübhəsiz ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılır. Biz münaqişənin sülh yolu ilə nizamlanmasını istəyirik”, - deyə Kirbi bildirib.

Ötən gün Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefonla danışıb.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri, xüsusən Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər.

 
Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, Con Kerri Ermənistan və Azərbaycan prezidentləri ilə apardığı telefon danışıqları zamanı tərəfləri Dağlıq Qarabağ zonasında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.   

“Kerri son həftələrdə təmas xətti boyu atəşkəs rejiminə əməl edilməsinin müsbət hal olduğunu qeyd edib və prezidentləri sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb”, - deyə bəyanatda bildirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar