ABŞ-dan ciddi ittiham- Türkiyəyə və Suriya İŞİD-dən neft alır
11.12.2015 559 0.0 0

 İŞİD terror qruplaşması tərəfindən satışa çıxarılan neftin alıcıları Suriya və Türkiyədir.  “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Adam Zubin bildirib.    
 
“İŞİD nefti Əsəd rejiminə satmaqla böyük gəlir əldə edir.  Neftin bir hissəsi isə sərhəddən keçirilməklə Türkiyəyə tədarük edilir”, deyə  Adam Zubin qeyd edib.
 
Zubin həmçinin qeyd edib ki, İŞİD nefti Suriya və Türkiyəyə satmaqla ayda təxminən 40 mln dollar məbləğində gəlir əldə edir.  
 
Bundan əvvəl Zubin bildirmişdi ki, İŞİD terror qruplaşması Suriyada bankların qarətindən və neft qaçaqmalçılığından 1,5 mlrd dollar əldə edib.
 
“İŞİD qara bazarda neftin satışından 500 mln dollardan çox vəsait əldə edib. Bundan başqa, qruplaşmanın üzvləri İraq və Suriyadakı bankların qarətindən 500 mln dollardan 1 mlrd dollaradək gəlir əldə edib”, deyə o bildirib.
 
“İŞİD həmçinin qəddar üsullardan istifadə etməklə əhalidən zorla milyonlarla dollar alıb”, deyə nazir müavini əlavə edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar