ABŞ-da zəlzələ olub
01.12.2017 834 0.0 0

ABŞ-ın Delaver ştatında zəlzələ olub.

 "RT"-ə istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb. Zəlzələ 4,4 bal gücündə olub. 

RİA "Novosti" isə zəlzələnin 5,1 bal gücündə olduğunu xəbər verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilmir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar