ABŞ-da yaşayan müsəlmanlar üçün iftar süfrəsi (VİDEO)
19.06.2015 999 0.0 0

Dünyanın hansı ölkəsində yaşamağından aslı olmayaraq Azan səsinin sədası bütün müsəlmanları birləşdirir. Razaman ayının başlaması isə artıq milliyyətindən asılı olmayaraq, bütün müsəlmanları bir yerə toplayır.

ANS TV-nin Vaşiqnton müxbirinin verdiyi məlumata görə, Birləşmiş Ştatlarda yaşayan müsəlmanlar Razaman ayının ilk günü məscidlərə axın etdi. Türk-Amerika Mədəniyyət Markəzində Ramazan ayının ilk günüdə müsəlmanlar namazı bir yerdə qıldılar.

Yeni tikilən məsciddə yüzlərlə inanc sahibinə iftar süfrəsi açıldı. Xristian ölkəsində yaşamaları dünyanın dörd bir yanından bura gələn müsalmanları hər il xüsusuilə də orucluq ayında daha da birləşdirir.

“Türkiyə kimi müsəlman dövlətlərində oruc tutmaq çax asandır. Çünki orucu hər bir kəs bərabər şəkildə tutduğu üçün bu çox yaxşı olur. Xarici ölkələrdə isə orucu tutmaq daha çətin olur. Bəlkə ki, çalışdığın bir yerdə oruc tutursansa, əgər digəri oruc tutmursa, təbii ki, aradakı fərq çox böyük olur”, - deyə ABŞ-da yaşayan müsəlman Hilmi Yusif bildirib.

ABŞ-da olan bir çox məscidlər Ramazan ayında iftar süfrələri açacaq. Müsəlman icmalar bir ay boyunca başqa dinin nümayəndələrini də iftar süfrələrinə dəvət edirlər. Və hesab edirlər ki, müqəddəs ay həm də müxtəlif dinləri bir süfrə arxasında birləşdirir.

ABŞ-da yaşayan müsəlman icmalar başqa dinin nümayəndələriylə əlaqələrini bərkitmək üçün müqəddəs Ramazan ayının ən münasib vaxt olduğunu düşünürlər./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar